Bank Of Baku

Belarus Rusiya neftinin tranzit tariflərini artırıb

Belarus Rusiya neftinin tranzit tariflərini artırıb
# 11 yanvar 2011 08:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin fevral ayının 1-dən etibarən Rusiya neftinin Belarus ərazisi ilə tranzit tarifi 12,5% artırılacaq.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sözügedən artımı Belarusun İqtisadi İnkişaf Nazirliyi Rusiya ilə razılaşdırılmış metodika əsasında hazırlayıb.

Bundan başqa, fevralın 1-dən Belarus neft emalı zavodlarınadək çatdırılan neftin nəqli tarifləri də artırılacaq. Belarus hökumətinin proqnozlarına əsasən, 2011-ci ildə ölkə ərazisi ilə 80 mln. ton neft daşınacaq ki, bu da ötən ilin həcminə bərabərdir.

Qeyd edək ki, Rusiya və Belarus neftin və enerjidaşıyıcılarının ixrac rüsumlarını mütəmadi olaraq razılaşdırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR