Bank Of Baku

«Azərikimya»da nəqliyyat sahəsini əhatə edən ixtisaslar üzrə müsabiqə elan olunub

«Azərikimya»da nəqliyyat sahəsini əhatə edən ixtisaslar üzrə müsabiqə elan olunub
# 11 yanvar 2011 14:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yanvarın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin kimya müəssisələrində nəqliyyat sahəsi üzrə işləmək arzusunda olan ali təhsilli gənc mütəxəssislərin və texniki işçilərin işə qəbulu üzrə müsabiqə keçiriləcək.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, müraciət edənlər 3 bölmə üzrə, 5 ixtisas qrupunda sualları cavablandıracaq. Belə ki, I bölmədə Birlik müəssisələrinin dalan dəmir yolları şəbəkəsində işləmək istəyənlər, II bölmədə kran maşinistləri və traktorçular, III bölmədə isə nəqliyyat üzrə mühəndislər bilik və təcrübə yarışmasına qatılacaq.

Sınaq-yoxlama müsabiqəsi test üsulu ilə keçiriləcək. Hər bir iştirakçı daxil olduğu qrup üzrə 15-i ixtisas yönümlü, 10-u texniki təhlükəsizlik sahəsi üzrə olmaqla 25 sualı cavab verəcək. İki mərhələ üzrə keçiriləcək müsabiqənin birinci mərhələsində müsabiqədən keçəcək iştirakçıların sayı yüzdən artıqdır. İlkin mərhələdə müsbət nəticə əldə edənlər daha sonra «Azərikimya» İB-nin nəqliyyat sahəsi üzrə təcrübəli mütəxəssislərindən təşkil olunmuş xüsusi komissiya və Sumqayıt şəhər Polis İdarəsinin Yol Polisi şöbəsinin peşəkar əməkdaşları tərəfindən fərdi sınaq-yoxlama söhbətinə dəvət olunacaq. Hər iki mərhələdə müvəffəqiyyət əldə etmiş iştirakçılar “Azərikimya” İstehsalat Birliyi müəssisələrinin müvafiq sahələrində işlə təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR