Bank Of Baku

Ukraynada neft hasilatı azalıb

Ukraynada neft hasilatı azalıb
# 12 yanvar 2011 10:50 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən il Ukraynada neft hasilatı 11,4% azalaraq 2,57 mln. ton təşkil edib.

APA-Economics”in Ukrayna mətbuatına istinadən xəbərinə görə, bununla da ölkədə neft hasilatında artıq ikinci ildir azalma qeydə alınır. 2009-cu ildə neft hasilatı bir il əvvəlki göstəriciyə nisbətən 7,1% azalıb.

Ukraynada qaz kondensatı istehsalında da azalma qeydə alınıb. 2010-cu ildə azalmanın həcmi 7,1%, 2009-cu ildə 5,9% təşkil edib. Bu səbəbdən hökumət yanacaq çatışmazlığını xaricdən ixracat hesabına aradan qaldırmağa çalışır.

Qeyd edək ki, “Naftoqaz Ukraina” Dövlət Konserninə daxil olan şirkətlər ötən il hasilatı 11,5% azaldıblar. Digər şirkətlərdə bu göstərici 10% olub. Amma onların ümumi istehsal strukturunda payı cəmi 191 min ton neft təşkil edib.

Bununla belə, yaxın vaxtlarda Ukraynada neft hasilatının artacağı istisna edilmir. Bu, Qara dəniz şelfinin işlənməsinə dair Ukrayna-Çin birgə layihəsi, eləcə də digər layihələr hesabına mümkün ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR