Bank Of Baku

Azərbaycan və İran arasında qaz sazişinin əsas şərtləri imzalanıb - YENİLƏNİB

Azərbaycan və İran arasında qaz sazişinin əsas şərtləri imzalanıb - <font color=red>YENİLƏNİB</font>
# 12 yanvar 2011 14:09 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, müqaviləni ARDNŞ prezidenti Rövnəq Abdullayev və İranın neft naziri, Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) konfransının sədri Seyyid Məsud Mirkazemi imzalayıb.

Müqaviləyə əsasən Azərbaycan artıq fevralın 1-dən İrana qaz ixracına başlayır. ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, müqavilə Azərbaycandan İrana 5 il ərzində qaz nəqlini nəzərdə tutur: «Bu müqaviləyə görə, biz gələcək illərdə artırılması imkanı ilə, hələlik bu il İrana 1 milyard kubmetr qaz nəqli edəcəyik».

R.Abdullayevin sözlərinə görə, hər il nəql ediləcək qazın həcmi ayrıca müəyyənləşdiriləcək. Yeri gəlmişkən, nazir S.M.Mirkazemi artıq gələn il İrana nəql edilən qazın həcminin 2 mlrd. kubmetrə çatdırılacağını bildirib.

R.Abdullayev bildirib ki, İran tərəfinə ARDNŞ qazı nəql ediləcək: «İrana qaz nəql etmək üçün Azərbaycan kifayət qədər qaz həcmlərinə malikdir. Bu, bizə imkan verir ki, Rusiya, Gürcüstan və Türkiyə ilə eyni vaxtda artıq İrana da qaz nəqlinə başlayaq».

ARDNŞ prezidenti əlavə edib ki, İrana ixrac olunan qazın qiyməti Azərbaycanın Türkiyəyə və Rusiyaya satdığı qazın qiymətindən aşağı deyil və iqtisadi baxımdan tamamilə sərfəlidir: «Bizim qaz ixracı ilə bağlı siyasətimiz məlumdur, o da qazı yüksək qiymətə satmaqdır və biz bu siyasəti həyata keçiririk».

R.Abdullayev qeyd edib ki, bunun üçün lazım olan bütün texniki məsələlər həll olunub. Qazın İrana nəqli üçün müvafiq infrastruktur yenilənib, o cümlədən Astara qaz kompressor stansiyasının tikintisi başa çatıb: «Astara qaz kompressor stansiyası artıq hazırdır və ona görə, artıq fevralın 1-dən biz ixraca başlayacağıq».

Qeyd edək ki, Azərbaycanla İran arasında qaz sahəsində əməkdaşlığın genişləndirilməsi İran prezidenti Mahmud Əhmədinecatın Bakıya səfəri zamanı iki ölkənin prezidentləri arasında danışıqlarda qərara alınıb.

Xatırladaq ki, indiyədək Azərbaycan və İran arasında qaz mübadiləsi aparılıb. Amma bu əməkdaşlıq Naxçıvan Muxtar Respublikasının qazla təmin olunması üçün aparılan svop əməliyyatları və İrana qış aylarında qısamüddətli ixracla məhdudlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR