Bank Of Baku

Azərbaycan prezidenti İranın neft nazirini qəbul edib

Azərbaycan prezidenti İranın neft nazirini qəbul edib
# 12 yanvar 2011 15:21 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev yanvarın 12-də İran İslam Respublikasının neft naziri, OPEC-in sədri Seyid Məsud Mirkaziminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “APA-Economics”ın məlumatına görə, iki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini xatırladan prezident İ. Əliyev enerji sektorunda əlaqələrin böyük tarixinin olduğunu deyib.

Dövlət başçısı əməkdaşlığın yeni sahələrinin müəyyən edilməsinin önəmini vurğulayaraq, hazırkı mərhələdə enerji sahəsində də əməkdaşlığın yeni imkanlarını araşdırmağın zəruriliyini söyləyib və bunun üçün yaxşı potensialın olduğunu bildirib. Prezident İ. Əliyev enerji sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı artıq yüksək səviyyədə fikir mübadiləsinin aparıldığını qeyd edib və razılaşdırılmış məsələlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

İkitərəfli münasibətlərin, xüsusilə enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı ötən il dövlət başçılarının imzaladığı sənədin əhəmiyyətinə toxunan S. M. Mirkazimi Bakıya səfəri zamanı bu məsələ ilə bağlı müzakirələrin davam etdiriləcəyini deyib. Qonaq tarixən iki ölkə arasında əlaqələrin bütün sahələrdə, o cümlədən enerji sektorunda yaxşı səviyyədə olduğunu vurğulayıb, bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR