Bank Of Baku

“SOCAR-AQŞ” illik qazma planına artıqlaması ilə əməl edib

“SOCAR-AQŞ” illik qazma planına artıqlaması ilə əməl edib
# 14 yanvar 2011 07:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Yeni quyuların qazılması, mənimsənilməsi, əsaslı və yeraltı təmiri, eləcə də quyularda geofiziki tədqiqat və perforasiya işlərinin aparılması işləri ilə məşğul olan “SOCAR-AQŞ” MMC 2010-cu ildə qazma üzrə proqnozları 101% yerinə yetirib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, ötən il qazmada tətbiq edilən müasir texnologiyalar sayəsində nəzərdə tutulan 25000 metr əvəzinə 25247 metrlik qazma işi həyata keçirilib. Təkcə dekabr ayı ərzində nəzərdə tutulmuş 1440 metr əvəzinə 2347 metr qazma keçidi əldə edilərək, aylıq proqnoza 163% əməl olunub.

Qeyd edək ki, “Günəşli” yatağındakı 2 dərin dəniz stasionar özülündə (DDSÖ) 3 qazma qurğusundan istifadə etməklə neft və qaz quyularının qazılması və tikintisi işlərini həyata keçirən müəssisə 11 saylı özüldə bir, 13 saylı özüldə isə iki qazma qurğusu vasitəsilə qazma işləri aparır. Ümumilikdə 2010-cu il ərzində “Günəşli” yatağında yerləşən 11 və 13 saylı DDSÖ-lərdə “SOCAR-AQŞ” tərəfindən yüksək debitli 6 neft və qaz quyusu qazılaraq sifarişçiyə təhvil verilib. Hazırda müəssisə 11 və 13 saylı özüllərdə 57 və 79 saylı quyuların tikintisini başa çatdırmaq üzrədir, 240 saylı quyuda isə qazma işlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR