Bank Of Baku

Reynhard Mitçek: «Bakıda «Nabucco» ilə bağlı imzalanmış sənəd istehsalçılar və qaz alıcıları üçün mühüm siyasi siqnal rolunu oynayır»

Reynhard Mitçek: «Bakıda «Nabucco» ilə bağlı imzalanmış sənəd istehsalçılar və qaz alıcıları üçün mühüm siyasi siqnal rolunu oynayır»
# 14 yanvar 2011 11:40 (UTC +04:00)
«Nabucco Gas Pipeline International GmbH.» konsorsiumundan «APA-Economics»ə verilən məlumata görə, bunu konsorsiumun icraçı direktoru Reynhard Mitçek bildirib.

Onun sözlərinə görə, tərəflər arasında imzalanan sənəd Avropa İttifaqı olkələri, yaxın qonşuları və strateji tərəfdaşları arasındakı əlaqələri daha da möhkəmləndirəcək: «2009-cu ilin iyul ayında «Nabucco» tranzit ölkələri arasında imzalanan hökumətlərarası razılığa əsaslanaraq, Birgə Bəyannamə Azərbaycandan qaz təchizatı üçün qətiyyətli siyasi bazanı təmin etmək yolu ilə «Nabucco» layihəsinin tam həyata keçirilməsinə xidmət edir».

R.Mitçek bildirib ki, istehsalçılar və qaz alıcıları üçün mühüm siyasi siqnal rolunu oynayan Cənub Dəhlizinin vacibliyi Birgə Bəyannamənin 5-ci bəndində öz əksini tapıb: «Flaqman layihəsi kimi «Nabucco» Cənub Dəhlizində ən qabaqcıl boru layihəsi hesab olunmağa qadirdir və inkişaf etməkdə olan gələcək qaz bazarlarının tələblərinə cavab verməsi üçün nəzərdə tutulub».

Qeyd edək ki, yanvarın 13-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozo «Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə» imzalayıblar.

Xatırladaq ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline International GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. «Nabucco» qaz kəməri layihəsinin dəyəri 7,9 mlrd. avro təşkil edir. Tikinti işləri 2011-2012-ci illərdə başlayacağı gözlənilir və qazın nəqli 2014-2015-ci ildə reallaşacaq. Bu qaz kəməri Bakı-Tiflis-Ərzurum qaz kəmərinin ardı olacaq və Xəzər qazının Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə Avropaya çatdırılmasının təmin edəcək. İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR