Bank Of Baku

«Azerbaijan Metanol Company» nizamnamə kapitalını formalaşdırır

«Azerbaijan Metanol Company» nizamnamə kapitalını formalaşdırır
# 14 yanvar 2011 13:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azerbaijan Metanol Company» QSC-nin (AzMeCo) sənədsiz adlı adi səhmlərinin ilkin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 1 000 ədəd, emissiyanın ümumi həcmi isə 2 min manat təşkil edir.

Xatırladaq ki, ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və «AzMeCo» arasında 120 mln. ABŞ dolları həcmində kredit sazişi və Qaradağ rayonunda 25 ha ərazidə metanol zavodu və aralıq qazlarının istehsal edən əlavə 5 zavodun (xəttin) inşasına dair niyyət müqaviləsi imzalanıb. Layihə çərçivəsində şirkətin tikməyi planlaşdırdığı 6 zavodun ümumi layihə dəyəri 1,1 mlrd. dollar təşkil edəcək. Vəsaitin 33%-ni AYİB, qalanını isə digər banklar ayıracaq.

Birinci mərhələdə inşa olunacaq metanol zavodunun inşası layihəsinin ümumi dəyəri 300 mln. dollardır. Digər zavodlara gəlincə, ikinci 400 mln. dollar, üçüncü 250 mln. dollar, dördüncü 30 mln. dollar, beşinci 100 mln. dollar, altıncı zavod isə 30 mln. dollara başa gələcək.

Qeyd edək ki, «AzMeCo» şirkəti təbii qazın emalı yolu ilə illik istehsal gücü 720 min ton, gündəlik gücü 600 tona qədər ammoniak, 1 150 tonadək karbomid istehsal edən zavodun tikintisi və istismarının operatorudur. Gələcəkdə istifadəyə veriləcək metanol zavodu sonrakı mərhələlərdə 450 tonadək sirkə turşusu, 500 tonadək dimetil efir, 80 tonadək formaldehid, 40 tonadək melmin istehsal edəcək. Layihəni AYİB-lə yanaşı Azərbaycan Beynəlxalq Bankı, EDC (Kanada) və Qara Dəniz Ticarət və İnkişaf Bankı maliyyələşdirir.

Xatırladaq ki, AYİB krediti iki tranşla ayıracaq. Belə ki, ilk tranş 9 ilədək müddətə 90 mln. dollar həcmində ilkin tələbli borc, ikinci tranş isə 10 ilə tam geri qaytarılacaq 30 mln. dollar həcmində ilkin tələbli fəaliyyətdən asılı maliyyə vəsaiti olacaq.

Qeyd edək ki, metanol əsasən ev və kənd təsərrüfatında istifadə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR