Bank Of Baku

Azərbaycan və Avropa İttifaqı «Cənub dəhlizi» layihəsi ilə bağlı Birgə İşçi Qrupu yaradır

Azərbaycan və Avropa İttifaqı «Cənub dəhlizi» layihəsi ilə bağlı Birgə İşçi Qrupu yaradır
# 14 yanvar 2011 13:41 (UTC +04:00)
Azərbaycan Sənaye və Energetika Nazirliyində keçirilən görüşdə sənədi nazir Natiq Əliyev və Aİ-nin energetika məsələləri üzrə komissarı Günter Ottinger imzalayıblar.

Nazirliyin mətbuat katibi Azər Mənsimlinin «APA-Economics»ə verdiyi məlumata görə, görüşdə N.Əliyev sənədin prezident İlham Əliyev ilə Avropa Komissiyasının sədri Jose Manuel Barrozunun tapşırıqlarına uyğun imzalandığını və qarşıda duran məsələlərin həll edilməsi istiqamətində növbəti addım olduğunu bildirib. «Ötən gün hər iki prezidentin bizlərə birgə tapşırığı olub. Beləliklə, həm Günter Ottinger, həm də mənə tapşırılıb ki, Birgə Bəyannamədən irəli gələn məsələlər, tədbirlər tezliklə həyata keçirilsin. Bu gün Niyyət Protokolunu imzaladıq və Birgə Bəyannaməni necə həyata keçirəcəyimizi razılaşdırdıq. Bu, bizim bir yol xəritəsidir. Belə qərar gəlinib ki, birgə işçi qrupu yaradılsın və həm Avropa İttifaqı Komissarlığı, həm də Azərbaycan tərəfindən bütün mütəxəssislərin və ekspertlərin iştirakı təmin edilsin», - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan və Avropa Komissiyası rəhbərlərinin tapşırığına əsasən, birgə işçi qrupu «Cənub dəhlizi»nin yaradılması ilə bağlı ortaya çıxa biləcək hüquqi, siyasi, kommersiya, texniki və digər məsələlərin müzakirəsi üçün yaradılır. «Cənub dəhlizi»nin yaradılmasında hüquqi, siyasi, kommersiya, texniki məsələlər, hansısa problemlər, çətinliklər üzə çıxırsa, tezliklə bunlara aydınlıq gətirməliyik», - deyən N.Əliyevin sözlərinə görə, bu işə eyni zamanda, xarici şirkətlər və maraqlı tərəflər də cəlb olunacaq. Azərbaycan Sənaye və Energetika Nazirliyi və Avropa İttifaqının Enerji məsələləri üzrə Komissarlığı arasında yaradılacaq İşçi Qrupu iki ayda bir dəfə, həm Azərbaycan prezidenti İlham Əliyevə, həm də Avropa Komissiyasının sədri Jose Manuel Barrozoya görülən işlərlə bağlı hesabat və məruzələr təqdim edəcək.

Görüşdə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger də Azərbaycanla enerji sektorunun inkişafı istiqamətində mühüm işlər görüldüyünü söyləyib. Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini deyən G.Ottinger yanvarın 13-də imzalanmış «Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə»nin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR