Bank Of Baku

İranda nəhəng qaz yatağı aşkar edilib

İranda nəhəng qaz yatağı aşkar edilib
# 17 yanvar 2011 08:58 (UTC +04:00)
«APA-Economics»in İranın “Press-TV” kanalına istinadən məlumatına görə, bu barədə İranın neft naziri Məsud Mirkazemi bəyan edib.

Nazir bildirib ki, «Xəyyam» adlanan yeni yataqdakı qaz ehtiyatlarının həcmi 260 mlrd. kubmetr təşkil edir, onlardan 210 mlrd. kubmetri çıxarıla bilən ehtiyatlardır. Yeni yataq İranın Fars körfəzindəki Assaluye liman şəhərinin şərqində yerləşir. M.Mirkazeminin sözlərinə görə, bu yataqda 18 quyu qazmaqla gündə 24 mln. kubmetr qaz hasil etmək mümkündür.

Qeyd edək ki, İran qaz ehtiyatlarının həcminə görə dünyada Rusiyadan sonra 2-ci yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR