Bank Of Baku

ARDNŞ sağlam iş şəraitinin yaradılmasına ciddi diqqət yetirir

ARDNŞ sağlam iş şəraitinin yaradılmasına ciddi diqqət yetirir
# 17 yanvar 2011 16:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən “Ümid” perspektivli strukturda çalışan neftçilərin sosial-məişət problemlərinin həllinə, həmçinin sağlam iş şəraitinin yaradılmasına ciddi diqqət yetirilir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, şirkət 20 illik fasilədən sonra ilk dəfə olaraq öz gücü ilə «Ümid» perspektivli strukturunun işlənməsini həyata keçirir: «Burada quraşdırılmış «Ümid-1» platformasında neftçilərin rahat işləməsi və yaşaması üçün hər cür şərait yaradılıb. Platformada quraşdırılan avtonom elektrik stansiyası bütün istehsal sahələrini fasiləsiz elektrik enerjisi ilə təmin edir. Dəqiqədə 8 kubmetr su təmizləyən qurğu vaxtaçıların içməli suya olan tələbatını ödəyir. Burada hər biri 50 ton tutuma malik 3 su çəni quraşdırılıb. Vertolyot meydançası və yanalma körpüləri yüksək səviyyədə fəaliyyət göstərir».

Bundan başqa, hər biri 52 nəfərin yaşayışı üçün nəzərdə tutulmuş 2 üçmərtəbəli yaşayış blokunda neftçilərin asudə vaxtlarının səmərəli təşkili üçün yüksək şərait yaradılıb. Birinci blokda hər bir otaq mebel, soyuducu, televizor, kondisionerlə təchiz edilib, telefon, duşxana və s. rahatlıqlar yaradılıb. İkinci blokda isə radio-rabitə qovşağı, istirahət otaqları, idman zalı, 30 nəfərlik yeməkxana, çörəkbişirmə sexi, camaşırxana və ərzaq anbarlarından ibarət məişət kompleksi yerləşir. Blokda yüksəksürətli internet də neftçilərin istifadəsinə verilib. Platformada qazma işləri kompüter idarəetməsi ilə təchiz edilən qazma dəzgahı vasitəsilə aparılır. Ən müasir texnologiya ilə işləyən dəzgah qazma işlərini qəzasız və sürətli aparmağa imkan verir. Bununla belə burada neftçilər üçün yüksək səviyyədə təhlükəsiz iş şəraiti yaradılıb. Fərdi mühafizə geyimləri ilə təchiz olunan neftçilərə hər gün təlimatlar keçilir. Platformaya hər biri 40 yerlik 3 ədəd qayıq və 10 yerlik 4 ədəd sal birləşdirilmişdir ki, bunun da vasitəsilə fövqəladə hallar zamanı neftçilərin təhlükəsiz sahilə çatdırılması mümkündür.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə nəzarət edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR