Azərbaycan ötən il sənaye istehsalını 2,6% artırıb

Azərbaycan ötən il sənaye istehsalını 2,6% artırıb
# 18 yanvar 2011 13:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan sənayesində təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi 2009-cu illə müqayisədə 2,6% artaraq 27,4 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sənayenin mədənçıxarma və emal sahələrində, o cümlədən onların əsas bölmələrində, qida, neft və kimya sənayesi məhsullarının, metallurgiya, poliqrafiya, avtomobil, elektrik, maşın və avadanlıqların və s. məhsulların istehsalında artım müşahidə olunub.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,4%-ni təşkil edib, ümumi istehsalın 93,1%-i sənaye mallarının (əmtəələrin), 6,9%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb. Sənayenin qeyri-neft bölməsində məhsul istehsalı daha çox - 6,6% artıb və 5 mlrd. manat olub.

Sənaye məhsulunun 75,8%-i mədənçıxarma bölməsində, 19,1%-i emal bölməsində, 4,5%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6%-i isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub.

İstehsal edilmiş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilib. Bununla yanaşı, 2011-ci ilin əvvəlinə sənaye müəssisələrinin anbarlarında 203,4 mln. manatlıq hazır məhsul ehtiyatı olmuş və son bir ayda 8,8 mln. manat azalıb. Ehtiyatların 73,3%-i Bakı, 3,7%-i Sumqayıt, 1,3%-i Gəncə və 0,7%-i Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 14,8 mln. manat məbləğində digər mallar da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR