Bank Of Baku

Bakıda beynəlxalq qaz konfransı keçiriləcək

Bakıda beynəlxalq qaz konfransı keçiriləcək
# 18 yanvar 2011 13:51 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, region ölkələrinin hökumət başçıları, əsas qaz satıcıları, enerji və boru kəmərlərini idarə edən şirkətləri birləşdirən bu konfransın əsas mövzusu Avropanın və dünyanın enerji tələbatının təmin edilməsində Xəzər regionun rolu və gələcəyidir.

Sözügedən konfransın keçirilmə vaxtı Xəzər regionunda qaz infrastrukturun inkişafı üçün həlledici mərhələyə təsadüf edir - boru kəmərləri və qaz nəqletməsi üzrə digər variantlara dair qərarlar qəbul edilib və onlar dünya enerji təhlükəsizliyinin mənzərəsini dəyişir.

Konfrans iştirakçıların diqqət mərkəzində uzunmüddətli strategiya, artım perspektivləri, əməkdaşlığın növləri və investisiya məsələləri olacaq. Ümumilikdə isə hazırda aktual olan regiondan qaz nəqlinin imkan və marşrutları ətraflı müzakirə olunacaq.

Konfransın məruzəçiləri sırasında müxtəlif ölkələrin rəsmiləri, beynəlxalq şirkətlərin nümayəndələri və beynəlxalq ekspertlər yerini alacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR