Bank Of Baku

Azərbaycan dekabr ayında qızıl və gümüş istehsalını artırıb

Azərbaycan dekabr ayında qızıl və gümüş istehsalını artırıb
# 18 yanvar 2011 13:55 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dekabrda hasil olunan qızılın həcmi 2010-cu ilin yanvar ayı ilə müqayisədə 5 dəfə çox olub.

Ümumiyyətlə, 2010-cu ildə ölkədə 1 940 kq qızıl hasil olunub və bu, 2009-cu ilə nisbətən 8,1 dəfə çoxdur. Cari ilin yanvarın 1-nə Azərbaycanda 36 kq hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, 2010-cu ildə ölkədə 1 482 kq gümüş istehsal olunub, bu da 2009-cu ilə nisbətən 15,9 dəfə çoxdur. Ölkədə cari ilin əvvəlində 1 510 kq hazır məhsul ehtiyatı olub.

Ümumiyyətlə, 2010-cu ildə 3 422 kq qiymətli metal filizləri və konsentratlar hasil olunub ki, 2009-cu illə müqayisədə bu göstərici 10,3 dəfə artıb.

Xatırladaq ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır. Qızılın 1 unsiyasının qiyməti hazırda dünya bazarlarında 1 346 ABŞ dollarına, gümüşün 1 unsiyası isə 28,3 dollara bərabərdir.

Qeyd edək ki, qızılın hazırkı qiyməti 2010-cu ilin əvvəli ilə müqayisədə 22% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR