Bank Of Baku

Şəkinin Aşağı Kündük kəndinə 22 illik fasilədən sonra təbii qaz verilib

Şəkinin Aşağı Kündük kəndinə 22 illik fasilədən sonra təbii qaz verilib
# 18 yanvar 2011 15:38 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Şəkinin Aşağı Kündük kəndinə 22 illik fasilədən sonra təbii qaz verilib.

Şəki şəhər İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Aşağı Kündük kəndinə təbii qazın verlməsi 1989-cu ildən məlum səbəblərdən dayandırılmışdı.

Regionların sosial-iqtisad inkişafı planına uyğun olaraq rayonun daxili imkanları hesabına 170 abonenti olan Aşağı Kündük kəndindəki ümumilikdə 11 min metr orta və yuxarı təzyiqli qaz xətləri əsaslı təmir edilib. 87 abonentə qazın verilməsi təmin edilib. Kəndin digər abonentləri də yazın gəlişinə kimi təbii qazla təmin ediləcək.

Bu gün Aşağı Kündük kəndində 22 illik fasilədən sonra yenidən təbii qazın verilməsi münasibətilə mərasim keçirilib. Tədbirdə Şəki ŞİH-in başçısı Cabbar Muradov, Milli Məclisin deputatı Cavanşir Feyziyev, müvafiq təşkilat nümayəndələri və Aşağı Kündük kənd sakinləri iştirak edib. Tədbirdə çıxış edən Cabbar Muradov və Cavanşir Feyziyev 22 illik fasilədən sonra kəndə yenidən təbii qazın verilməsi münasibətilə sakinləri təbrik ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR