Bank Of Baku

Beynəlxalq Enerji Təşkilatı: Dünyanın qaz ehtiyatları 250 ilə bəs edər

Beynəlxalq Enerji Təşkilatı: Dünyanın qaz ehtiyatları 250 ilə bəs edər
# 21 yanvar 2011 09:40 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Enerji Təşkilatı (BEA) bəyan edib ki, dünyanın qaz ehtiyatları 250 il müddətinə kifayət edir.

APA-Economics”in xəbərinə görə, təşkilatın yaydığı hesabatda bildirilir ki, şist qazının hasilatı üzrə yeni texnologiyalar qaz sənayesinin imkanlarını daha da genişləndirir.

“Dünyanın hazırkı qaz ehtiyatları 130 ilə bəs edər, amma Avropa və Asiya ölkələri şist qazının istehsalında ABŞ-ın nümunəsindən bəhrələnsələr, qaz ehtiyatları 250 ilə də çatar” - deyə hesabatda bildirilir.

BEA ekspertlərinin fikrincə, “qeyri-ənənəvi” qaz ehtiyatlarının həcmi olduqca böyükdür. Söhbət 920 trln. kubmetr qazdan gedir ki, bu da cari illik qaz tələbatını 300 dəfə üstələyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR