Bank Of Baku

Bakıda qaz verilməyən binalarda qaz balonlarından istifadə oluna bilər

Bakıda qaz verilməyən binalarda qaz balonlarından istifadə oluna bilər
# 21 yanvar 2011 12:23 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İstismara qəbul olunmadığına görə hələlik qazlaşdırılmayan binaların sakinləri bəzi şərtlərə əməl etməklə qaz balonlarından istifadə edə bilərlər.

«APA-Economics»in məlumatına görə, bunu Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (Caspian-European Integration Business Club - CEIBC) nəzdində fəaliyyət göstərən “Caspian-European Construcrion Club”un təşkil etdiyi biznes-forumda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov bildirib.

Onun sözlərinə görə, balonlar təhlükəsiz yerdə istifadə olunmalıdır: «Balonlar evin eyvanında və ya digər küləklənən yerdə qoyulursa və qaz xəttinin təhlükəsizliyi təmin olunursa, istifadə oluna bilər».

Xalid Nəcəfov hündürmərtəbəli binaların qaz təminatı ilə bağlı normativləri də açıqlayıb: “Hazırda qüvvədə olan normativlərə görə, 16 mərtəbəyədək binalar qazlaşdırıla bilər”.

Xatırladaq ki, hazırda Bakı şəhərində tikilən hündürmərtəbəli binaların əksəriyyəti hələ də qazlaşdırılmayıb. İnşaatçı şirkətlər bunu binanın hələ istismara qəbul edilməməsi ilə izah edirlər. Qanunvericiliyə görə, yeni tikilən yaşayış binalarına qazın verilməsi yalnız həmin binaya istismara yararlılıq aktı veriləndən sonra mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR