Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi azalıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi azalıb
# 21 yanvar 2011 12:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2011-ci il yanvar ayının 1-nə mənfi 4,2% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks dekabrın 1-nə müsbət 3,7%, noyabrın 1-nə müsbət 4,5%, oktyabrın 1-nə isə müsbət 6,7%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatları üzrə ay ərzində yaranmış fərqin həmin ayın əvvəlinə olan ehtiyatların həcminin dəyərinə nisbəti kimi hesablanır və hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir.

Qeyd edək ki, Azərbaycanda 2011-cu il yanvarın 1-nə sənaye müəssisələrinin anbarlarında 203,8 mln. manat həcmində hazır məhsul ehtiyatı olub, bu da dekabrın əvvəli ilə müqayisədə 8,8 mln. manat azdır.

Mal ehtiyatlarının azalması ilk növbədə istehlakın artması göstəricisi kimi qəbul olunur ki, bu da makroiqtisadi baxımdan müsbət göstəricidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR