Bank Of Baku

Ukraynada ARDNŞ-ın 7 yanacaqdoldurma məntəqəsi açılıb

Ukraynada ARDNŞ-ın 7 yanacaqdoldurma məntəqəsi açılıb
# 21 yanvar 2011 15:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Ukraynanın Nikolayev və Odessa vilayətlərində “SOCAR” brendi ilə fəaliyyət göstərəcək ilk 7 yanacaqdoldurma məntəqəsinin açılış mərasimi keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, açılış mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, yeni məntəqələr “SOCAR Energy Ukraine” MMC tərəfindən idarə olunacaq. Məntəqələrdən ikisi Nikolayev şəhərində, biri Nikolayev vilayətinin Novaya Odessa şəhərində, ikisi Nikolayev vilayətinin Sebino kəndində, biri Odessa şəhərində, biri Odessa vilayətinin Sıçavskaya kəndində istifadəyə verilib.

Bütün məntəqələr müasir texnologiyalar əsasında tikilmiş və yüksək standartlara uyğun təchiz edilib. Məntəqələrdə marketlər, ana və uşaq otaqları, aptek və digər yardımçı otaqlar fəaliyyət göstərəcək, istehlakçılara internet xidmətləri təklif olunacaq.

Məntəqələrin açılışında ARDNŞ rəhbərliyi ilə birlikdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, “SOCAR Energy Ukraine” MMC-nin nümayəndələri, Odessa və Nikolayev vilayətlərinin vitse-qubernatorları və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR