Bank Of Baku

Azərbaycan ötən il istehlakçılara göndərdiyi neft məhsullarının həcmini 7% artırıb

Azərbaycan ötən il istehlakçılara göndərdiyi neft məhsullarının həcmini 7% artırıb
# 24 yanvar 2011 10:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan istehlakçılara (ixrac da daxil olmaqla) 6,5 mln. ton və ya əvvəlki ildəkindən 6,7% çox neft məhsulları göndərib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bunun 60,5%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 39,5%-i isə ixrac olunub. Neft məhsullarının 37,8%-ni dizel yanacağı, 19,3%-ni avtomobil benzini, 9,3%-ni aviasiya üçün və sair ağ neft, 4,1%-ni mazut yanacağı, 3,7%-ni neft bitumu, 3,6%-ni mayeləşdirilmiş qazlar, 1,4%-ni sürtgü yağları, 20,8%-ni isə digər məhsullar təşkil edib.

Bununla yanaşı, 2010-cu ildə ölkə istehlakçılarına 3,9 mln. ton və ya 2009-cu illə müqayisədə 4,9% çox neft emalı məhsulları göndərilib. Əvvəlki ilə nisbətən istehlakçılara aviasiya üçün və sair ağ neft 26%, dizel yanacağı 16,9%, avtomobil benzini 5,6%, neft bitumu 2,7% çox, mazut yanacağı, sürtgü yağları, mayeləşdirilmiş qazlar və digər neft məhsulları isə az göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR