Bank Of Baku

Hacıqabulun Muğan yaşayış massivinə məişət qazı verilib

Hacıqabulun Muğan yaşayış massivinə məişət qazı verilib
# 24 yanvar 2011 12:24 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabulun Muğan yaşayış massivinə məişət qazı verilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon Qaz istismar İdarəsinin rəisi Elşən Rəhimov məlumat verib.

Onun sözlərinə görə, ARDNŞ-nin həyata keçirdiyi layihə çərçivəsində Hacıqabul rayonunun Muğan qəsəbəsinin 700 abonentinə smart-kart tipli sayğaclar quraşdırılıb və həmin sayda abonent mavi yanacaqla təmin edilib.

Qəsəbədə müxtəlif diametrli 45 540 paqon metr uzunluqda polietilen kəmərlərdən istifadə olunmaqla dünya standartlarına cavab verən bir pilləli qaz sistemi quraşdırılıb. Sistemin üstünlüklərindən biri də hər bir fərdi evə verilən qazın təzyiqinin 1-1,5 atmosfer olmasıdır ki, bu da fərdi təzyiq tənzimləyicisi ilə tənzimlənir.

Açılış mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və ARDNŞ-nin məsul işçiləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR