Bank Of Baku

İtaliyanın sənaye naziri: “Nabucco” və “Cənub axını” layihələrinin bir-biri ilə uzlaşması mümkün deyil”

İtaliyanın sənaye naziri: “Nabucco” və “Cənub axını” layihələrinin bir-biri ilə uzlaşması mümkün deyil”
# 24 yanvar 2011 12:47 (UTC +04:00)
Bakı - APA-Economics. “Nabucco” və “Cənub axını” layihələrinin bir-biri ilə uzlaşması mümkün deyil. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu bəyanatla İtaliyanın sənaye naziri Paolo Romani çıxış edib.

Onun sözlərinə görə, Almaniya, İtaliya və Fransa hökumətləri yaxın aylarda keçirəcəkləri birgə toplantıda adı çəkilən layihələri, eləcə də Türkiyə-Yunanıstan-İtaliya (ITGI) kəmərini müzakirəyə çıxaracaqlar: “Yəqin ki, bu layihələrin hamısı bir-biri ilə üst-üstə düşmür”.

P.Romani qeyd edib ki, sözügedən görüşün keçirilməsi bu və ya digər qaz kəmərinin maliyyələşdirilməsinə dair razılaşdırılmış qərarın qəbul edilməsi üçün zəruridir.

Qeyd edək ki, «Nabucco» qaz kəməri Xəzər regionundan təbii qazın Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2012-ci ildə başlanacaq «Nabucco» qaz kəməri ilə Azərbaycan qazının nəqli 2015-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Son qiymətləndirmələrə görə, uzunluğu 3 300 km olacaq boru xəttinin tikintisi təqribən 7,9 mlrd. avroya (12,3 mlrd. ABŞ dolları) başa gələcək. Bu xərcin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

“Cənub axını” layihəsi isə Rusiyanın əsas qaz nəqli layihələrindən biridir. Smeta dəyəri 15-30 milyard dollar arasında qiymətləndirilən layihənin son marşrutu hələlik müəyyənləşdirilməyib. Rusiya indiyədək Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya və Xorvatiya ilə layihənin quru hissəsinin reallaşması üçün hökumətlərarası sazişlər imzalayıb. “Qazprom” Avstriya ilə də saziş imzalamağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR