Bank Of Baku

Azərbaycanda energetika sahəsində Müstəqil Tənzimləyici Agentlik yaradılacaq

Azərbaycanda energetika sahəsində Müstəqil Tənzimləyici Agentlik yaradılacaq
# 25 yanvar 2011 07:53 (UTC +04:00)
Sənaye və Energetika Nazirliyi «Energetika sahəsində Müstəqil Tənzimləyici Agentliyin yaradılmasının texniki-iqtisadi əsaslandırılmasının hazırlanması» üzrə məsləhət xidmətlərinin alınması üzrə tender elan edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu işlər Azərbaycanın Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi Energetika sahəsində islahatlara Dəstək Proqramı çərçivəsində aparılır. Aİ-nin 13 mln. avro ayıracağı bu proqramda enerjidən səmərəli istifadə, alternativ enerjinin tətbiqinin daha da genişləndirilməsi, energetika sahəsində qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması və s. nəzərdə tutulur.

Tenderin qalibi Azərbaycanın energetika qanunvericiliyini araşdıraraq bir neçə məsələ ilə bağlı təkliflər hazırlayacaq. Bunlardan biri belə bir qurumun hansı funksiyaları daşıyacağıdır. Belə ki, Avropa ölkələrində fəaliyət göstərən analoji qurumlar energetika sektoru ilə bağıl ən müxtəlif məsələləri – enerjinin nəqli, ondan istifadə, qiymətlər və s. tənzimləyir. Azərbaycanda isə bu funksiyalar ayrı-ayrı qurumlara aiddir.

Araşdırılacaq ikinci məsələ yeni agentliyin müstəqil qurum kimi fəaliyyət göstərəcəyi, yoxsa qeyd olunan funksiyaların artıq yaradılmış Alternativ və ya Bərpa olunan Enerji növlərinin inkişafı Agentliyinin tərkibində Fəaliyyət göstərəcəyidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR