Bank Of Baku

Azərbaycanda müxtəlif sahələr üzrə enerjiyə qənaət standartlarının tətbiqi planlaşdırılır

Azərbaycanda müxtəlif sahələr üzrə enerjiyə qənaət standartlarının tətbiqi planlaşdırılır
# 25 yanvar 2011 11:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) «Enerjiyə qənaət proqramı»nın layihəsini hazırlayaraq hökumətə təqdim edib. APA-nın bildirdiyinə görə, bu barədə SMPDK-nin sədri Ramiz Həsənov məlumat verib.

R.Həsənovun sözlərinə görə, hazırda proqram hökumətdə müvafiq təşkilatların iştirakı ilə müzakirə edilərək razılaşdırılır: «Burada enerjiyə qənaət edilməsi məqsədi ilə müxtəlif standartlar əksini tapıb. Konkret sahələr üzrə standartların qəbulu təklif olunub. Proqram çərçivəsində nəzərdə tutulan işləri yerinə yetirmək üçün gələn ay komitənin nəzdində işçi qrupunun yaradılması da planlaşdırılır».

SMPDK sədri onu da əlavə edib ki, proqramda nəzərdə tutulan standartlar tətbiq olunduqdan sonra müxtəlif sahələr üzrə ölkədə enerji sərfiyyatına qənaət 50-60% təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR