Bank Of Baku

Avropa İttifaqı: Azərbaycan və Türkmənistanın təklif etdiyi təbii qaz həcmləri «Nabucco» kəmərinin tam doldurulması üçün yetərlidir

Avropa İttifaqı: Azərbaycan və Türkmənistanın təklif etdiyi təbii qaz həcmləri «Nabucco» kəmərinin tam doldurulması üçün yetərlidir
# 26 yanvar 2011 07:51 (UTC +04:00)
«APA-Economics»in «Deutsche Welle» qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycan və Türkmənistan Avropanın qaz təchizatı ilə bağlı konkret planlarını açıqlayıb.

«Hesab edirəm ki, «Nabucco» qaz kəmərinin yaxın 2-3 ildən sonra işə düşməsi realdır», - deyə Brüsseldə Avropa İttifaqının energetika üzrə komisarı Günter Ottinger bildirib.

G.Ottingerin sözlərinə görə, prezident İlham Əliyev Azərbaycanın növbəti 5-8 il ərzində «Nabucco» vasitəsilə ildə 21 mlrd. kubmetr qazı satmağa hazır olduğunu bildirib. Türkmənistan tərəfi isə ildə 10 mlrd. kubmetr «mavi yanacaq» satmağa razıdır. Nəticədə, hər iki ölkə tərəfindən satılacaq qaz kəmərin tam doldurulması üçün kifayət edəcək.

Bununla yanaşı, Ankarada keçirilən NATO-nun energetika təhlükəsizliyi üzrə konfransında çıxış edən Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Gülmira Rzayeva Azərbaycanın şərtəlrini açıqlayıb ki, yalnız bu halda rəsmi Bakı layihəni dəstəkləyəcək. Şərtlərdən biri layihə çərçivəsində ikinci təchizatçı ölkənin mövcudluğu ilə bağlıdır. Belə ki, Azərbaycan təkbaşına qazın nəqli üçün nəqliyyat xərclərini ödəməyə razı deyil. Digər şərt isə Avropanın digər ölkələrinin bazarlarına çıxışın təmin edilməsindən ibarətdir.

Bundan başqa, E.Rzayeva qeyd edib ki, digər alternativ bazarların mövcudluğuna baxmayaraq, Avropa bazarı özünün 500 milyon istehlakçısı ilə Azərbaycan üçün prioritet sayılır.

Ekspertlərin fikrincə, ilkin olaraq «Nabucco» üzrə danışıqlar Rusiya tərəfinin təzyiqi səbəbindən ləng aparılırdı. Belə ki, Rusiyanın «Qazprom» şirkəti özünün «Cənub axını» layihəsinin reallaşdırılması uğrunda mübarizə aparır. «Nabucco»nun həyata keçirilməsi Avropa bazarını Rusiya qazından asılılığını azaldacaq.

Xatırladaq ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline International GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. «Nabucco» qaz kəməri layihəsinin dəyəri 7,9 mlrd. avro təşkil edir. Tikinti işləri 2011-2012-ci illərdə başlayacağı gözlənilir və qazın nəqli 2014-2015-ci ildə reallaşacaq. Bu qaz kəməri Bakı-Tiflis-Ərzurum qaz kəmərinin ardı olacaq və Xəzər qazının Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə Avropaya çatdırılmasının təmin edəcək. İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq. Kəmərin illik ötürmə qabiliyyəti 31 mlrd. kubmetr təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR