Bank Of Baku

«Azərikimya»da «Heydər Əliyev və Azərbaycanın neft-kimya sənayesi» muzeyi yaradılıb

«Azərikimya»da «Heydər Əliyev və Azərbaycanın neft-kimya sənayesi» muzeyi yaradılıb
# 27 yanvar 2011 15:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyində Azərbaycan neft-kimya sənayesinin müxtəlif dövrlərdə inkişaf mərhələlərini tarixi fotosənədlərlə əks etdirən yeni muzeyin yaradılması işi uğurla başa çatdırılıb.

“Azərikimya” İB-dən “APA-Economics”ə verilən məlumata görə, muzeyin ekspozisiyasında Heydər Əliyevin neft-kimya sənayesinin genişləndirilməsi, onun potensialının durmadan artırılması və gücləndirilməsində, respublikada, o cümlədən Sumqayıtda daha mütərəqqi texnologiyalara əsaslanan yeni neft-kimya istehsalatı və qurğularının yaradılmasında əvəzsiz rolunu dolğun şəkildə nümayiş etdirən fotosənədlər xüsusilə geniş yer tutub.

Muzey dörd stend-bölmədən ibarətdir. İlk bölmədə Heydər Əliyevin portreti diqqəti cəlb edir. Muzeyin digər bölməsi isə neft-kimya elminin və sənayesinin inkişafında müstəsna xidmətləri olmuş görkəmli kimyaçı-alimlərə, öz gərgin və səmərəli fəaliyyətləri ilə sənayenin bu çətin və ağır sahəsində mühüm izlər qoymuş istehsalatçı kimyaçılara həsr olunub. Bu bölmənin fotosənədlərində Vətənə sədaqətlə xidmət etmiş görkəmli kimyaçıların - dünya şöhrətli kimyaçı-alim, akademik Yusif Məmmədəliyev, onun görkəmli silahdaşları - məşhur akademiklər Əli Quliyev, Murtuza Nağıyev, Mark Dalin, İsmayıl İbrahimov, sonrakı ardıcılları - akademiklər Toğrul Şahtaxtinski, Musa Rüstəmov, həmçinin neft-kimya sənayesinin patriarxları Nikolay Baybakov və Süleyman Vəzirov, veteran fəhlələr - Sosialist Əməyi Qəhrəmanları Şəmşad Pənahov, Ağaxan Ağayev, Dadaş Dadaşov, kimya müəssisələrinin nüfuzlu rəhbərləri Rzaqulu Ağasiyev, Nurəddin Babayev, Ucal Qasımzadə, Nərçə Ağayev, Zamin Əliyev və başqalarının şəkilləri yer tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR