Bank Of Baku

Davosda Azərbaycan və Ukrayna prezidentlərinin iştirakı ilə qaz sahəsində iki hökumətlərarası sənəd imzalanıb

Davosda Azərbaycan və Ukrayna prezidentlərinin iştirakı ilə qaz sahəsində iki hökumətlərarası sənəd imzalanıb
# 28 yanvar 2011 12:21 (UTC +04:00)
APA-nın «interfax.com.ua» saytına istinadən məlumatına görə, iki ölkənin hökumətləri arasında daha bir sənəd imzalanıb.
Azərbaycan və Ukrayna hökumətləri arasında Ukrayna ərazisindən neft nəqli sahəsində əməkdaşlığın inkişafına dair sazişə də prezidentlərin iştirakı ilə imza atılıb.
Ukrayna Prezident Administrasiyasının rəhbəri Sergey Levoçkin jurnalistlərə bildirib Ki, söhbət «Odessa-Brodı» neft kəməri ilə ildə 4 milyon Azərbaycan neftinin nəqlindən gedir.
Sıxlaşdırılmış qazın Ukraynaya nə vaxt çatdırılacağı ilə bağlı sualı cavablandıran Levoçkin bunları deyib: “Bu memorandumdur. Nə vaxt Ukraynada ilk sıxlaşdırılmış qaz zavodunun inşası üzrə investisiya layihəsi üzrə tender keçiriləcək, onda konkret həcm barədə danışmaq olar. Hesab edirəm ki, bu, əhəmiyyətli həcm olacaq”.
O, həmçinin əlavə edib Ki, sıxlaşdırılmış qazın nəqli Ukrayna sənayesinə alternativ mənbələrdən qaz almaqla yanaşı, onun qiymətini əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR