Bank Of Baku

Kyetil Tunqland: “Bu il TAP layihəsi üçün həlledici olacaq”

Kyetil Tunqland: “Bu il TAP layihəsi üçün həlledici olacaq”
# 29 yanvar 2011 09:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il «Cənub dəhlizi», o cümlədən TAP layihəsi (Trans Adriatic Pipeline - Trans Adriatik qaz kəməri) üçün həlledici olacaq. «APA-Economics»in məlumatına görə, bunu TAP layihəsinin icraçı direktoru Kyetil Tunqland (Kjetil Tungland) bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə TAP və «Cənub dəhlizi»nin digər kəmərlərinin gələcəyi üçün həlledici olacaq ki, bu da öz növbəsində , Avropanın uzunmüddətli enerji təhlükəsizliyini təmin etmək üçün növbəti atılan addım olacaq. Ötən il layihənin icrasına başlamaq üçün bir sıra işlərin görüldüyünü deyən K.Tunqland «Şahdəniz II» çərçivəsində hasil olunacaq qaz TAP-ın ilkin mənbəyi hesab etdiyini bildirib. Eyni zamanda K.Tunqland qeyd edib ki, TAP Azərbaycan qazının Avropaya çatdırılması üçün ən qısa və effektiv marşrutdur.

Bundan başqa, TAP-ın rəhbəri vurğulayıb ki, 2011-ci ilin aprel ayında «Şahdəniz II»dən qaz alacaq şirkətlər müəyyənləşəcək: «Ümumiyyətlə, bizim layihə Avropa İttifaqı tərəfindən dəstəklənir».

Qeyd edək ki, «Cənub dəhlizi»nə TAP, TGI (Türkiyə, Yunanıstan, İtaliya) və «Nabucco» layihələri daxildir. TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il lazım olacağı təqdirdə kəmərin inşasına 2013-cü ildə başlanacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.

Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi qiyməti təxminən 1,5 mlrd. avro təşkil edir. Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.

Xatırladaq ki, «Şahdəniz» yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 15 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR