Bank Of Baku

Britaniyada benzini və dizeli əvəz edən yeni yanacaq ixtira edilib

Britaniyada benzini və dizeli əvəz edən yeni yanacaq ixtira edilib
# 31 yanvar 2011 13:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Britaniya alimləri avtomobillər üçün yeni hidrogen yanacağı ixtira etdiklərini bəyan ediblər.

«APA-Economics»in məlumatına görə, alimlər bildirib ki, yeni yanacağı artıq 3-5 ildən sonra adi daxili yanma mühərriklərində istifadə etmək olar.

Maraqlıdır ki, yeni ekoloji yanacaq nəqliyyat vasitələrinin dəyişdirilməsini tələb etmir, adi yanacaqdan ucuz olacaq və ətraf mühiti çirklənmədən qoruyacaq. Başqa sözlə, yeni yanacaq indiki avtomobilləri qoruyub saxlamağa imkan verəcək.

Qeyd edək ki, hidrogen yanacağının istifadəsi ilə bağlı indiyə qədər də araşdırmalar aparılıb. Amma bəzi problemlər - istehsalın mürəkkəbliyi və baha başa gəlməsi, eləcə də onun daşınmasının çətinliyi (hidrogen yanacağı partlaya bilər) yeni tip yanacağın geniş istehsalına imkan vermirdi. İndi isə britaniyalı alimlər bu problemlərin həll olunduğunu bildirirlər.

Yeni yanacağın 1 litri 19 pensə (25 qəpiyə) başa gələcək. Britaniyadakı vergiləri nəzərə alanda yanacağın qiyməti 60 pensə (76 qəpiyə) çatacaq. Amma hətta bu da adi yanacağın qiymətindən aşağıdır. İxtira müəllifləri bildirir ki, yeni yanacaqla avtomobillər bir dəfə doldurulandan sonra 500-600 km gedə biləcəklər. Bu, elektriklə işləyən avtomobillərin göstəricilərindən xeyli artıqdır.

Bu texnologiyanın müəllifi olan “Cellar Energy” şirkəti hələlik yeniliyin detallarını açıqlamır, amma məlumdur ki, yeni yanacaq artıq gələn il adi avtomobillərdə sınanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR