Bank Of Baku

“Azərikimya”da Fransanın “Air Liquide” şirkətinin nümayəndələri ilə görüş keçirilib

“Azərikimya”da Fransanın “Air Liquide” şirkətinin nümayəndələri ilə görüş keçirilib
# 31 yanvar 2011 13:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində Fransanın sənaye qazları istehsalı sahəsində tanınmış “Air Liquide” şirkətinin nümayəndə heyəti ilə görüş olub.

Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycanın kimya müəssisələrində enerji məsrəfinin azaldılması, krekinq qazlarından təmiz hidrogen qazı və atmosfer havasından azot-oksigen qazlarının alınması üzrə yüksək məhsuldarlığa malik müasir qurğuların tikintisi, bir sıra texnoloji innovasiyaların tətbiqinə dair əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd olunub ki, öz fəaliyyət sahəsi üzrə dünyanın lider şirkətlərindən biri olan “Air Liquide”nin “Azərikimya” İB ilə əməkdaşlığı hər iki tərəf üçün uğurlu nəticələr verə bilər. Tanışlıq xarakteri daşıyan görüşdə qonaqlara “Azərikimya”nın istehsal potensialı, ayrı-ayrı müəssisələrdə istehsal olunan məhsullar, yaxın gələcək üçün burada nəzərdə tutulan inkişaf perspektivləri haqqında geniş məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR