Bank Of Baku

Ötən ilin dekabr ayında Azərbaycanda enerji haqları üzrə yığım 120% olub

Ötən ilin dekabr ayında Azərbaycanda enerji haqları üzrə yığım 120% olub
# 31 yanvar 2011 14:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərenerji” ASC enerci haqqı ilə bağlı ödənişlərin vəziyyətini açıqlayıb.

“Azərenerji”nin mətbuat xidmətindən “APA-Economics””ə verilən məlumata görə, ötən ilin dekabr ayında “Azərenerji” ASC üzrə ümumi ödəniş ötən ayların debitor borcu da nəzərə alınmaqla 120,4% olub ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə mütləq 25,1% çoxdur.

Ümumi ödəniş ötən ayların debitor borcları da nəzərə alınmaqla 32 elektrik şəbəkəsində 100%-dən, 10 şəbəkədə isə 95%-dən yuxarı olub. Ümumiyyətlə, ən yüksək göstərici “Sumqayıt” EŞ-də (205,4%), ən aşağı isə “Masallı” EŞ-də (63,3%) qeydə alınıb.

2010-cu ilin dekabr ayında daimi əhali istehlakçı qrupu üzrə ödəniş 82% olub ki, bu da 2009-cu ilin müvafiq dövründən 46,4 min manat çoxdur. Bu qrup üzrə dekabrda 13 EŞ-də 100% və ondan yuxarı, 7 EŞ-də isə 95%-dən yuxarı nəticə qeydə alınıb. Ümumiyyətlə, bu istehlakçı qrupunda sözügedən dövrdə ən yüksək göstərici “Şirvan” EŞ-də (ötən ayların debitor borcu da nəzərə alınmaqla 114,2%), ən aşağı isə Sabirabad EŞ-də (41,1%) olub.

Dekabr ayında REŞ-lər üzrə 581 mln. kVt/saatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da 2009-un dekabrından 71,7 milyon kVt/saat və ya 11% azdır. O cümlədən daimi əhali istehlakçı qrupu üzrə istehlakın həcmi 43,8 mln. kVt/saat azalaraq 217,4 mln. kVt/saata enib.

Ümumilikdə 2010-cu ildə REŞ-lər üzrə 6 mlrd. 316,2 mln. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə 94%-ə yaxın olub ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 10%-ə qədərdir. O cümlədən daimi əhali istehlakçı qrupunda istehlak 2 mlrd. 294,2 mln. kVt/saat, ödəniş 81% olub (2009-da 68%) olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR