Bank Of Baku

«ExxonMobil» şirkəti xalis mənfəətini 58% artırıb

«ExxonMobil» şirkəti xalis mənfəətini 58% artırıb
# 01 fevral 2011 07:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il “ExxonMobil” neft-qaz korporasiyasının xalis mənfəəti 2009-cu illə müqayisədə 58% artaraq 30,5 mlrd. ABŞ dollarına çatıb.

«APA-Economics»in məlumatına görə, hesabat ilində şirkətin ümumi gəlirləri 23% artıb və 383,2 mlrd. dollar təşkil edib.

Bununla yanaşı, 2010-cu ildə korporasiyanın neft ekvivalentində hasilatı 13% artıb. Bu da əsasən Qətərdə alınmış qaz yataqları və qeyri-ənənəvi qazın istehsalı ilə əlaqədar olub.

Ötən il ərzində «ExxonMobil» dividentlərin ödənilməsi və səhmlərin bazardan geri alınmasına 19 mlrd. dollar vəsait xərcləyib. Şirkətin kapital qoyuluşları 2010-cu ildə rekord səviyyəyə - 32,2 mlrd. dollara çatıb.

Qeyd edək ki, «ExxonMobil» dünyanın ən iri neft-qaz şirkətlərindən biridir. Şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 8% payla iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR