Bank Of Baku

BP şirkətinin xalis zərəri ötən il 3,7 mlrd. dollar təşkil edib

BP şirkətinin xalis zərəri ötən il 3,7 mlrd. dollar təşkil edib
# 01 fevral 2011 10:21 (UTC +04:00)
Bakı - APA-Economics. “British Petroleum” neft-qaz şirkətinin xalis zərəri ötən il 3,719 mlrd. dollar təşkil edib.

APA-Economics”in xəbərinə görə, şirkətin bu gün açıqladığı maliyyə hesabatında bildirilir ki, ötən il bu rəqəm 16,6 mlrd. xalis mənfəət olub.

Xalis mənfəətin xalis zərərlə əvəzlənməsinə səbəb 2010-cu ilin aprel ayında Meksika körfəzində baş verən neft axınının nəticələrinin aradan qaldırılmasına külli miqdarda vəsait sərf olunması olub.

Hesabat dövründə şirkətin gəlirləri 24,2% artaraq 297,107 mlrd. dollara çatıb. Neft axınından zərər çəkən fiziki və hüquqi şəxslərə 3,2 mlrd. dollar kompensasiya ödənilib. Bütövlükdə Meksika körfəzindəki qəzanın nəticələrinin aradan qaldırılmasına 40,9 mlrd. dollar sərf olunub. BP-nin borcu isə 1% artaraq 25,9 mlrd. dollar təşkil edib.

Xatırladaq ki, BP-nin Meksika körfəzindəki “Deepwater Horizon” platforması ötən il aprelin 22-də 36 saatlıq yanğından sonra batıb. Bu zaman baş verən partlayış 11 nəfərin həyatına son qoyub, körfəzə 5 mln. barel xam neft axıb. Bu, ABŞ tarixində ən böyük ekoloji fəlakət sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR