Bank Of Baku

«SOCAR Trading» şirkəti Misirdəki fəaliyyətini risklər qiymətləndirildikdən sonra bərpa edəcək

«SOCAR Trading» şirkəti Misirdəki fəaliyyətini risklər qiymətləndirildikdən sonra bərpa edəcək
# 01 fevral 2011 10:46 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

«SOCAR Trading»in Misirdə apardığı işlərə fasilə verməsi ilə bağlı məlumatlara əlavə olaraq ARDNŞ-dən bildirilib ki, bu problemin bilavsitə Azərbaycan neftinin ixracına təsiri yoxdur: «Bunun Azərbaycan dövlətinə, onun öhdəliklərinə, eləcə də Azərbaycan neftinə aidiyyatı yoxdur».

Şirkətdən qeyd ediblər ki, kredit riskləri yenidən dəyərləndirildikdən sonra «SOCAR Trading» şirkətinin Misirdəki fəaliyyəti bərpa olunacaq.

Məlumata əsasən, 2010-cu ilin may ayından etibarən «SOCAR Trading» İsgəndəriyyə şəhərində (Misir) yerləşən «Midor» Neftayırma Zavoduna ayda 1-1,5 mln. barel ərəb ölkələrində çıxarılan neft nəql edir. Həmin neftdən emal olunmuş neft məhsulları Misir Baş Neft Korporasiyasına satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR