Bank Of Baku

ARDNŞ yanvar ayında xam neft ixracını artırıb

ARDNŞ yanvar ayında xam neft ixracını artırıb
# 02 fevral 2011 07:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Yanvar ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) şimal istiqamətində neft nəqlini artırıb.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin yanvar ayında Novorossiysk limanından 168 223 ton xam neft ixrac edib ki, bu da dekabr ayındakı göstəriciyə nisbətən 1,6% çox, 2010-cu ilin yanvarına nisbətən 29,6% çoxdur.

Yanvar ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 96,54 dollara, Urals nefti 93,72 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 97,71 dollara satılıb ki, bu da dekabr ayındakı qiymətlərdən 4,10-5,18 dollar yüksəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR