Bank Of Baku

Yunanıstan xarici işlər nazirinin müavini: “Azərbaycanın Yunanıstanın əsas qaz ixracatçısı olacağını gözləyirik”

Yunanıstan xarici işlər nazirinin müavini: “Azərbaycanın Yunanıstanın əsas qaz ixracatçısı olacağını gözləyirik”
# 02 fevral 2011 10:17 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Yunanıstan iqtisadi, sənaye və texnologiya sahələrində əməkdaşlıq üzrə birgə komissiyanın iclasında Yunanıstan xarici işlər nazirinin müavini, hökumətlərarası komissiyanın sədri Spiridon Kuvelis bildirib.

Həmsədr qeyd edib ki, Xəzər regionu Yunanıstan üçün strateji əhəmiyyət daşıyır və Azərbaycan bu regionda böyük rol oynayır.

İki ölkə arasında əm-q imkanlarından danışan S.Kuvelis deyib ki, turizm, kənd təsərrüfatı, təhsil, səhiyyə, yaşıl texnologiyalar sahəsində əməkdaşlıq mümkündür: Əməkdaşlığımızda enerji sektoru çox vacib rol oynayır. Əsas əməkdaşlıq isə Yunanıstanın coğrafi mövqeyindən qaynaqlanan enerji layihələri üçün nəqliyyat dəhlizi rolu ilə bağlı ola bilər. Biz Azərbaycanın Yunanıstanın əsas qaz ixracatçısı olacağını gözləyirik. Eyni zamanda ümid edirik ki, Yunanıstan-İtaliya və Yunanıstan-Bolqarıstan kəmərlərinin tikintisinə şərait yaratmaq üçün ölkəmiz Türkiyə-Yunanıstan-İtaliya birləşdirici kəməri vasitəsilə İtaliyaya, eyni zamanda Yunanıstan-Bolqarıstan qaz kəməri vasitəsilə Bolqarıstana əhəmiyyətli həcmdə qaz ixrac edəcək. Bu iki kəmərin tikintisi Türkiyənin coğrafi davamı olan Yunanıstana etibarlı dəhliz rolunu oynamağa imkan verəcək ki, Azərbaycan qazı İtaliyadan başqa Avropanın digər ölkələrinə, xüsusən Cənub-Şərqi Avropa ölkələrinə də ixrac olunsun”.

S.Kuvelis qeyd edib ki, Yunanısan hökuməti bu kəmərlərin tikintisinə böyük önəm verir: “Kəmərlərin tikintisi ilə bağlı yüksək səviyyədə beynəlxalq əməkdaşlıq qurmuşuq və bu əməkdaşlıqda Azərbaycan da mühüm rol oynayır. Bütün region üçün sizin ölkəniz çox əhəmiyyətlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR