Bank Of Baku

«Azərenerji»də yeni rabitə sistemi qurulur

«Azərenerji»də yeni rabitə sistemi qurulur
# 02 fevral 2011 12:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Ölkənin enerji sisteminin idarə edilməsi üçün “Azərenerji” ASC-də SCADA layihəsinin reallaşdırılması istiqamətində işlər davam etdirilir.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, baş podratçısı Fransanın “Areva” şirkəti, subpodratçı isə yerli müəssisə “AZENCO” ASC olan layihə üzrə işlərin bu il ərzində tamamlanması gözlənilir. Tamamlama işlərinə proqram təminatı, optik kabellərin quraşdırılması və s. aiddir.

Layihənin reallaşdırılması üçün əsas obyektlərdən təxminən 20-də Fransanın “Areva” şirkəti tərəfindən yeni ATS-lər və dispetçer kommutatorları quraşdırılacaq. Hazırda yerlərdə həmin avadanlıqların quraşdırılması və sınağı həyata keçirilir.

Xatırladaq ki, optik kabellərlə qurulan rabitə sistemlərinin uzunluğu 1200 kilometrə yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR