Bank Of Baku

Yunanıstan özünün əsas qaz şirkətini Azərbaycana satmağı təklif edir

Yunanıstan özünün əsas qaz şirkətini Azərbaycana satmağı təklif edir
# 02 fevral 2011 12:59 (UTC +04:00)
«APA-ECONOMICS»in xəbərinə görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib: «Bizə təklif gəlmişdi ki, DEPA-nın səhmlərinin bir hissəsi satışa çıxarılır».

Hələlik Azərbaycan tərəfinin təklifə münasibəti bilinmir. Amma nazirin sözlərinə görə, bu təklifə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) baxıb cavabını bildirməlidir: «ARDNŞ-in marağı varsa, onu öyrənməlidir, razılığa gəlməlidir, hər iki tərəf təklifləri bəyənməlidir. Bu adi mülkiyyətin alınması kimi, asan iş deyil. Bunlar dərin və ciddi təhlillər tələb edir».

Yunanıstanın xarici işlər nazirinin müavini, Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının sədri Spiridon Kuvelis isə bildirib ki, ölkənin iri dövlət müəssisələrinin özəlləşdirilməsi prosesi açıq tenderlər vasitəsilə həyata keçiriləcək: «Biz düzgün partnyor tapmaq və bu məsələnin hər iki tərəf üçün sərfəli olmasını istəyirik».

Xatırladaq ki, Azərbaycan qazının Yunanıstana satışı da DEPA şirkəti vasitəsilə həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR