Bank Of Baku

Kulevi Neft Terminalının dövriyyəsi 31% artıb

Kulevi Neft Terminalının dövriyyəsi 31% artıb
# 02 fevral 2011 16:05 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. ARDNŞ-a məxsus Kulevi Qara Dəniz Terminalı 2011-ci ilin yanvar ayı ərzində 362 668 ton neft və neft məhsulları qəbul edib.

ARDNŞ-dən “APA-ECONOMICS”ə verilən məlumata görə, həmin ay terminal vasitəsi ilə dünya bazarlarına 333 435 ton neft və neft məhsulu göndərilib. Bununla da terminal vasitəsilə ötən ilin eyni dövrü ilə müqayisədə 131% çox neft və neft məhsulu ötürülüb.

Yanvar ayında qəbul edilən neft və neft məhsullarının həcmi ötən ilin dekabrına nisbətən 14% artıb, burdan dünya bazarlarına göndərilən neft və neft məhsullarının həcmi isə 19,7% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR