“Azəriqaz” İstehsalat Birliyi ötən ilin yekunlarına dair hesabatını açıqlayıb
“APA-Economics”in xəbərinə görə, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev qurum ARDNŞ-nin tabeçiliyinə verildikdən sonrakı dövrdə görülən genişmiqyaslı işlərdən söz açıb.
Baş direktor bildirib ki, son vaxtlar görülən tədbirlər nəticəsində texnoloji proseslər təkmilləşdirilib, təbii qazın həcminin və təzyiqinin artırılmasına nail olunub, ölkənin qaz təminatı xeyli yaxşılaşdırılıb. Qaz təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər regionlarda xüsusilə sürətlənib. Ümumiyyətlə, regionlar üzrə 3768,8 km tikinti-quraşdırma, 536 km əsaslı təmir işləri yerinə yetirilib, görülən işlər nəticəsində 2010-cu il ərzində 51 kənd və qəsəbə, o cümlədən 73 682 yeni abonent təbii qazla təmin edilib. Həmçinin “Azəriqaz” İB tərəfindən 77 minə yaxın abonentin mənzilində yeni sayğac quraşdırılıb, 81 800 sayğac isə dəyişdirilib ki, bu da yığım faizinin artmasına öz müsbət təsirini göstərib.
“Azəriqaz” İB-nin əsaslı təmir proqramına görə, Bakı şəhərində də işlər uğurla davam etdirilir. 2010-cu ildə paytaxtda 958 km uzunluğunda qaz kəməri təmir edilib və yenidən qurulub.
2010-cu ilin sentyabr-noyabr aylarında Siyəzən Kompressor Stansiyasında (KS) təmir-bərpa işləri aparılıb, stansiya 2011-ci il yanvarın 1-dən fəaliyyətinə bərpa edib. Hazırda bu stansiya Rusiya Federasiyasına gündə 5.5-6 mln. kubmetr təbii qaz nəql edir. Astara KS vasitəsilə İran İslam Respublikasına gündə 1,5 mln. kubmetr təbii qaz ötürülür. İrana nəql olunan təbii qazın miqdarının artması ilə əlaqədar Astara KS-nin yanında yeni Kompressor sexi inşa olunub, yaxın günlərdə istismara veriləcək.
Ə.Hacıyev baş verən bədbəxt hadisələrdən və dəm qazından zəhərlənmələrdən də söhbət açıb. Bildirib ki, 2010-cu il ərzində baş verən bədbəxt hadisələrin 84,1%-i yanma məhsullarının təsirindən zəhərlənmə, 10,6%-i partlayış, 5,4%-i isə yanğınla bağlıdır. Cari ilin yanvar ayında baş verən bədbəxt hadisələrin 71,5%-i zəhərlənmə, 28,6%-i isə partlayışla əlaqədar olub: “Dəm qazının yaranmasının əsas səbəbi hamam otaqlarının tüstü bacalarının olmaması və təhlükəsizlik qaydalarının tələblərinə cavab verməməsidir. Bədbəxt hadisələr baş verən hamam otaqlarının əksəriyyətində tüstü bacaları yoxdur və ya nasazdır. Hamam otaqlarında havadəyişmə (ventilyasiya) kanalları işləmir, otaqların qapıları plastik olaraq kip başlanır və təmiz havanın otağa daxil olmasına imkan vermir. Dəm qazının yaranmasının səbəblərindən biri də hamam otaqlarında təbii qazla işləyən su qızdırıcılarının qeyri-standart olmasıdır”.
Xəbər Lenti
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Fransa 11 nəfərin öldüyü təyyarə qəzasının səbəbini açıqlayıb - YENİLƏNİB
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTOLENT - YENİLƏNİB-2
Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, 14 nəfər ölüb
İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Cüdoçularımızdan Avropa Açıq Turnirində 3 medal qazanıb
Ağdərədə baş verən qəzada xəsarət alanların adları açıqlanıb - YENİLƏNİB-2
Fransada rekord istilər qeydə alınıb, minə yaxın insan ölüb
Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib - FOTOLENT
İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib, layihə Knessetə çıxarılacaq
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
DİM: İyunun 27-də keçirilməli olan qabiliyyət imtahanı təxirə salınıb, iyulun 7-də keçiriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərilib - FOTOLENT - VİDEO - YENİLƏNİB-2
Sabah çimərliklərdə hava küləkli olacaq
Bakıda külək əsir, rayonlarda yağış yağır - FAKTİKİ HAVA
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Azərbaycanın rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
KİV: Ukrayna Rusiya hərbi-sənaye kompleksinə zərbələrin sayına görə rekord müəyyənləşdirib
Kallas: Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
DÇ-2026: Messi dünya mediasının gündəmi olub
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb
Keniyada təhsildə ingilis dilinə etiraz edilir
Təhlükəli motosiklet sürücüsünü polis saxlayıb
Venesuelada zəlzələ qurbanlarının sayı getdikcə artır - YENİLƏNİB
İsrail ordusu Livanda “Hizbullah” üzvlərini öldürdüyünü açıqlayıb
DÇ-2026: pley-off mərhələsinə yüksələn komandalar və turnir cədvəlində son vəziyyət
Rusiya gecə saatlarında Kiyevə hücum edib, yaralananlar var
İranın xarici işlər naziri İraqa səfər edib
İran XİN: ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir
BFMTV: Parisdə anomal istilər səbəbindən morqlar dolub
DÇ-2026: Argentina, Avstriya və Əlcəzair 1/16 finala yüksəlib
Sikorski: Zelenski və Putin birbaşa danışıqlar aparmalıdır
Yaponiyada 6 bal gücündə zəlzələ baş verib
DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finala yüksəlib
SEPAH ABŞ-ın Küveyt və Bəhreyndəki hərbi infrastrukturuna zərbələr endirdiyini açıqlayıb
Argentina Prezident Administrasiyasının rəhbəri korrupsiya iddiaları fonunda istefa verib
Tramp: İran hücumları davam etdirsə, ABŞ hərbi əməliyyatları genişləndirə bilər
FP: ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması əks nəticə verir
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var