Bank Of Baku

«Azəriqaz» İB: Qazın qiymətinin artırılması gözlənilmir

«Azəriqaz» İB: Qazın qiymətinin artırılması gözlənilmir
# 03 fevral 2011 10:42 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə «Azəriqaz» İstehsalat Birliyinin sədri Əkbər Hacıyev bildirib.

Onun sözlərinə görə, qazın qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib: «Qazın qiymətinin qalxması nəzərdə tutulmayıb».

Xatırladaq ki, Azərbaycanda qazın qiymət artımı sonuncu dəfə 2009-cu ilin iyunun 30-da baş verib. Həmin vaxt əhaliyə satılan qazın hər 1000 kubmetrinin qiyməti 47,2 manatdan 100,0 manata qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR