Bank Of Baku

«Bakıelektrikşəbəkə»də 11 nəfər işdən qovulub, 2 nəfərin işi hüquq mühafizə orqanlarına göndərilib

«Bakıelektrikşəbəkə»də 11 nəfər işdən qovulub, 2 nəfərin işi hüquq mühafizə orqanlarına göndərilib
# 03 fevral 2011 10:49 (UTC +04:00)
ASC-dən «APA-Economics»ə verilən məlumata görə, qurumun rəhbəri Baba Rzayev mərkəzi və yerli strukturlarda abonentlərin haqlı narazılıqlarına səbəb olan mənfi halların, o cümlədən vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanların qısa müddətdə aradan qaldırılması barədə tapşırıqlar verib. İclasda bildirilib ki, ASC-də abonentlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, enerji istehlakçılarının şikayətləri üzrə operativ tədbirlərin görülməsi məqsədi ilə iş planı hazırlanır. Bundan başqa, fasiləsiz fəaliyyət göstərən «Qaynar xətt» təşkil edilib. İclasda mənfi hallarla bağlı olan şikayətlərə obyektiv baxılması və nöqsanlara yol vermiş hər bir əməkdaş barəsində ölçü götürülməsi xüsusi vurğulanıb.

Qeyd edək ki, son bir ildə istehlakçıların şikayətləri əsasında əmək və xidmət intizamının pozulması hallarına yol vermiş 2 əməkdaş barəsində materiallar hüquq mühafizə orqanlarına göndərilib, 11 nəfər işdən azad edilib, 184 əməkdaş barədə intizam tənbehi tədbirləri görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR