Bank Of Baku

«Azəriqaz» İB:«Ucqar kəndlərə qazın verilməsi səmərəli deyil»

«Azəriqaz» İB:«Ucqar kəndlərə qazın verilməsi səmərəli deyil»
# 03 fevral 2011 11:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın ucqar ərazilərində yerləşən kəndlərə qazın verilməsi iqtisadi cəhətdən özünü doğrultmur, ona görə də bu kəndlərdə adi qaz əvəzinə alternativ enerjidən istifadə etmək məqsədəuyğundur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyinin sədri Əkbər Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda əhalisi hətta 30-50 nəfər olan kəndlər var: «Biz kilometrlərlə qaz borusu çəkib, 50 nəfərə qaz verməkdənsə, əvvəlcə aran rayonlarındakı 1000-2000 nəfərlik kəndlərə qaz çəkilməsi məqsədəuyğundur».

«Azəriqaz» rəhbəri bildirib ki, kiçik kəndlərin qazlaşdırılması mümkün olmadığına görə, ölkədə əhalinin 90%-nin qazlaşdırılması barədə danışılır: «Bura qazın verilməsi iqtisadi cəhətdən də səmərəli deyil». Ə.Hacıyevin sözlərinə görə, həmin ərazilərdə yaşayanların elektrik enerjisi və istiliyə olan ehtiyacı alternativ enerji növlərindən – külək və ya günəş enerjisindən istifadə olunmaqla ödənilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR