Bank Of Baku

Misin qiyməti ilk dəfə olaraq 10 min dolları keçib

Misin qiyməti ilk dəfə olaraq 10 min dolları keçib
# 04 fevral 2011 08:15 (UTC +04:00)
Bakı - APA-Economics. Fevralın 3-də London birjasında misin 1 tonunun qiyməti ilk dəfə olaraq 10 min dolları keçib.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, rekord qiymət üzrə bağlanan müqavilənin öhdəlikləri 3 aydan sonra yerinə yetiriləcək.

Maraqlıdır ki, rekord göstərici qeydə alındıqdan sonra misin qiyməti göstərilən həddən aşağı enib.

Qlobal böhrana qədər misin 1 tonunun qiyməti 6-8 min dollar olub. Böhrandan sonra isə qiymətlər 2-3 dəfə ucuzlaşıb və 3 min dollardan aşağı enib. Bu minimumdan sona qiymətlər yenidən aşağı enməyə başlayıb. Misin qiyməti 9 min dolar həddini 2010-cu ilin sonunda keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR