Bank Of Baku

MDB ölkələrinin neft və qaz üzrə 11-ci illik sammiti Parisdə keçiriləcək

MDB ölkələrinin neft və qaz üzrə 11-ci illik sammiti Parisdə keçiriləcək
# 04 fevral 2011 14:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA-Economics. Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin neft və qaz üzrə 11-ci illik sammiti bu il mayın 25-27-də Parisdə keçiriləcək.

APA-nın «Neft Rossii» saytına istinadən məlumatına görə, zirvə görüşü «Total» şirkətinin dəstəyi ilə baş tutacaq.

Sammitdə bir sıra iri neft və qaz yataqları, o cümlədən “Şahdəniz” layihəsi barədə dəqiq məlumatlar veriləcək.

Samitin ikinci günü müzakirə olunacaq layihələr arasında Azərbaycan-Gürcüstan-Rumıniya arasında imzalanmış AGRI qaz boru kəməri layihəsi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR