Bank Of Baku

Azərbaycan paytaxtında qanunsuz tullantı poliqonları ləğv ediləcək

Azərbaycan paytaxtında qanunsuz tullantı poliqonları ləğv ediləcək
# 04 fevral 2011 14:41 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bakı şəhərinin müxtəlif ərazilərində məişət tullantıları ilə çirkləndirilən qeyri-qanuni poliqonların müəyyənləşdirilməsi və ləğv edilməsi məqsədi ilə ARDNŞ-in Ekologiya İdarəsi və «Təmiz şəhər» ASC-nin mütəxəssislərindən ibarət birgə işçi qrupu yaradılıb.

«APA-Economics»in məlumatına görə, ARDNŞ-in mədənlərində belə poliqonların mövcudluğunu araşdırmaq üçün qrupun mütəmadi olaraq reydlər keçirərək müşahidələr aparması nəzərdə tutulub. Bundan başqa, qrup belə poliqonlarının ləğv edilməsi ilə əlaqədar müvafiq təkliflər hazırlayacaq.

Əldə edilmiş razılığa əsasən, ARDNŞ-in idarə və müəssisələrində formalaşan istehsalat tullantılarının toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi üçün Ekologiya İdarəsi ilə «Təmiz Şəhər» ASC gələcəkdə daha geniş əməkdaşlıq edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR