Bank Of Baku

«Azəriqaz»: Təbii qazla təchiz olunma zamanı bir sıra norma və qaydalara əməl olunmalıdır

«Azəriqaz»: Təbii qazla təchiz olunma zamanı bir sıra norma və qaydalara əməl olunmalıdır
# 04 fevral 2011 15:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi tərəfindən son dövrlər ölkənin qaz təminatının yaxşılaşdırılması, bərpası və təbii qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində irimiqyaslı işlər aparılır.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz tədbirlərin nəticəsində qaz təsərrüfatında texnoloji proseslər təkmilləşdirilib, əhaliyə verilən təbii qazın həcmi və təzyiqi artırılıb.

«Azəriqaz» İB abonentlərin nəzərinə çatdırır ki, istər fərdi yaşayış evlərinin, istərsə də qeyri-yaşayış sahələrinin təbii qazla təchiz olunması zamanı bir sıra norma və qaydalara əməl olunmalıdır. Abonentlər bilməlidirlər ki, təyinatından və mülkiyyət formasından asılı olmayaraq, istənilən obyektin qazlaşdırılmasını «Azəriqaz» İB tərəfindən verilən texniki şərtlər əsasında hazırlanmış və müvafiq dövlət orqanları ilə razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatı həyata keçirməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR