Bank Of Baku

Misirdə qaz kəməri partladılıb

Misirdə qaz kəməri partladılıb
# 05 fevral 2011 09:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA. Misirdə İsraili yanacaqla təmin edən qaz kəmərində partlayış olub. APA-nın «France-Presse» agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Şimali Sinay əyalətindəki Əl-Ariş şəhərinin yaxınlığında baş verib. Bu ərazi Qəzza sektorunun təqribən 10 kilometrliyində yerləşir.

Misir rəsmilərinin sözlərinə görə, qaz kəmərini naməlum şəxslər partladıb. Obyektin nə qədər ciddi zədələndiyi barədə məlumat verilmir. Bununla yanaşı, kəmərlə qazın ötürülməsi dayandırılıb, partlayış baş verən yerdə isə yanğın başlayıb.

Şimali Sinay əyalətinin qubernatoru televiziya ilə çıxışında bildirib ki, qaz stansiyasında partlayış baş verən yerin yaxınlığındakı yaşayış məhəllələri hadisə zamanı zərər çəkməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR