Bank Of Baku

Qarabağ bölgəsində benzinin qiyməti süni şəkildə artırılıb

Qarabağ bölgəsində benzinin qiyməti süni şəkildə artırılıb
# 07 fevral 2011 11:10 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Qarabağ bölgəsinin ucqar yaşayış məntəqələrində səyyar benzin satışı ilə məşğul olan məntəqələrdə Aİ-93 markalı benzinin qiyməti 0,60 qəpiyə qaldırılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam və Ağcabədi rayonlarının ucqar kəndlərində bir neçə gün əvvələ qədər 1 litr benzinin qiyməti 0,56 qəpik təşkil edib. APA-nın Qarabağ bürosunun apardığı araşdırmalar nəticəsində məlum olub ki, təkcə Ağdam rayonun Xındırıstan, Əhmədağalı, Qaradağlı və Üçoğlan kəndlərində qeyri-standart yanacaqdoldurma məntəqələri 5 gündür ki, əhaliyə qiymət artımı ilə xidmət göstərirlər.

Sözügedən satış məntəqələrindən verilən məlumata görə, qiymət artımı nəqliyyat xərclərinin və benzinin özünün bahalaşması ilə əlaqədardır. Standartlara uyğun yanacaqdoldurma məntəqələrində isə bahalaşma müşahidə olunmur.

Məsələyə münasibət bildirən Sənaye və Energetika Nazirliyinin mətbuat katibi Azər Mənsimli bu barədə onlarda məlumat olmadığını bildirib: “Məsələ ilə bağlı araşdırma aparılacaq və fakt təsdiqlənərsə, müvafiq tədbirlər görüləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR