Bank Of Baku

ARDNŞ-ın Ekologiya İdarəsində ATƏT-in Bakı ofisinin nümayəndələri ilə görüş keçirilib

ARDNŞ-ın Ekologiya İdarəsində ATƏT-in Bakı ofisinin nümayəndələri ilə görüş keçirilib
# 07 fevral 2011 14:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsində ATƏT-in Bakı ofisinin iqtisadiyyat və ətraf mühit üzrə rəhbəri Yan Olssonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, qonaqlara ARDNŞ-ın həyata keçirdiyi ekoloji layihələr haqqında ətraflı məlumat verilib, aparılan ekoloji monitorinq, ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi, tullantıların idarə olunması və digər layihələr barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Bakının Xəzər rayonu ərazisində yaradılan Ekoloji Park haqqında video-çarx nümayiş etdirilib, parkda tikintisi davam etdirilən Ekoloji Mərkəzin «Fəaliyyət Planı»nın hazırlanması istiqamətində müzakirələr aparılıb.

Y.Olsson «Ekoloji Park» layihəsinin həyata keçirilməsi istiqamətində ARDNŞ-ın Ekologiya İdarəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, Azərbaycanda ekologiya sahəsində aparılan tədbirləri yüksək qiymətləndirib.

Görüşdə ARDNŞ-ın Ekologiya İdarəsi və ATƏT-in Bakı ofisi arasında mümkün əməkdaşlıq perspektivləri və birgə fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR